Atasport yarımfinalda məğlub oldu
21 may 2010 23:14

Hollandiyanın Amsterdam şəhərində keçirilən qadınlar arasında otüstü hokkey üzrə Avropa Çempionlar liqasının “Dördlər finalı”nın ilk yarımfinal oyununda Azərbaycanı təmsil edən “Atasport” klubu Almaniyanın “Hamburq” komandasına 1:2 hesabı ilə məğlub olub.
İkinci yarımfinalda Hollandiyanın “Amsterdam” və “Hertogenbos” klubları üz-üzə gələcəklər.