Atasport 3-cü yer uğrunda oyunda da məğlub oldu
22 may 2010 23:00

azerisport.az xəbər verir ki, otüstü hokkey üzrə Avropa Çempionlar liqasının “Dördlər finalı”nda çıxış edən Azərbaycanın qadınlardan ibarət “Atasport” klubu bu gün Hollandiyanın Amsterdam şəhərində 3-cü yer uğrunda matçda həmin ölkənin “Amsterdam” klubuna 1:4 hesabı ilə uduzmuşdur.
Final oyununda sabah Almaniyanın “Hamburq” və Hollandiyanın “Hertogenboş” komandaları üz-üzə gələcəklər.