Klublar Komitəsinin növbəti iclası keçirildi
1 mart 2016 16:30

Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev iştirak ediblər. (AFFA)