Güləşçilərimizin AÇ-dəki ilk günü uğurlu alındı
9 mart 2016 00:45

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.
Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və çempion olub. Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olsa da, həlledici görüşdə uduzub. 57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov isə çempionatı 5-ci sırada tamamlayıb.