Yuliya Ratkeviçin bürünc medal yolu
10 mart 2016 00:15

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. Bu uğura 60 kq çəkidə qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç imza atıb.
Sərbəst güləşçilərin yarışında isə 65 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev çempionatı 5-ci sırada başa vurub. 97 kq-da mübarizə aparmalı olan Olimpiya çempionumuz Şərif Şərifov zədə səbəbindən ümumiyyətlə mübarizəyə qoşula bilməyib.