Güləşçilərimizdən AÇ-də daha iki medal
11 mart 2016 00:25

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.
61 kq-da mübarizə aparan ikiqat Dünya çempionu Hacı Əliyev Avropa çempionatının bürünc medalına sahib olub. 74 kq çəkidə yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov isə çempionatın gümüş medalına yiyələnib.