Avropa çempionatında daha bir bürünc medal
13 mart 2016 00:05

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
66 kq çəkidə mübarizə aparan Kamran Məmmədov Avropa çempionatının bürünc medalına yiyələnib.