Dalğa Arenanın ot örtüyü dəyişdirildi
17 mart 2016 15:45

Xəbər verdiyimiz kimi, 2016-cı ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının oyunlarında istifadə ediləcək AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”nın əsas meydançasında yenidənqurma işləri aparılır. Azerisport.az xəbər verir ki, stadionun süni ot örtüyünün təbii ot örtüyü ilə əvəz olunması prosesi başa çatıb.
“Dalğa Arena”da görülən işləri əks etdirən fotoları diqqətinizə çatdırırıq. (AFFA)