Neftçinin bazası üçün yeni meydançalar
19 mart 2016 15:00

Məlum olduğu kimi, "Neftçi”nin İsmət Qayıbov adını daşıyan təlim-məşq bazası Bakıxanov qəsəbəsində, İsmət Qayıbov adına stadionun yerində hal-hazırda inşa olunur. Azerisport.az xəbər verir ki, yeni bazada əsas, əvəzedici, eləcə də uşaq və yeniyetmə komandalarının məşq proseslərinin aparılması üçün hər bir şərait yaradılacaq.
Artıq burada təbii ot örtüyünə malik üç meydança quraşdırılıb. Bazada iki süni örtüklü meydança da olacaq. Həmin meydançalardan hazırlanmış fotoreportajı təqdim edirik.