Novruz günü kapitanlar yumurta döyüşdürdü
20 mart 2016 15:30

Novruz Bayramı günü keçirilən Topaz Premyer Liqasının "Xəzər Lənkəran" - "İnter" oyununda bayram ab-havası yaşanıb. Azerisport.az xəbər verir ki, oyundan öncə qapı və top seçimi üçün komandaların kapitanları hakimin püşkatmasını əsl Novruz adət-ənənəsi ilə əvəz ediblər. Belə ki, qonaqların kapitanı Kamran Ağayevlə meydan sahiblərinin sarğı daşıyanı Tural Cəlilov yumurta döyüşdürüblər. Bu, komandalar, kapitanlar, hakimlər, azarkeşlər üçün xoş sürpriz olub.
Qeyd edək ki, oxşar üsuldan 26-cı turun qapanış matçı olan "Zirə" - AZAL görüşündə də istifadə olunub. (PFL)