Lisenziyalaşdırma Qrupu seminar keçirib
11 aprel 2016 18:40

Bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Feyr Pley IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar təşkil olunub. Azerisport.az xəbər verir ki, seminarda UEFA-nın Maliyyə Feyr Pley qaydaları müzakirə olunub və klub nümayəndələri 2015-ci maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər. (AFFA)