Röya AÇ-2016-nın təbliğat tədbirində
13 aprel 2016 19:20

Xəbər verdiyimiz kimi, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın təbliğatı məqsədilə turnirin Yerli Təşkilat Komitəsinin əməkdaşları Bakı şəhərində yerləşən məktəblərdə görüşlər keçirir. Azerisport.az xəbər verir ki, u gün çempionatın səfiri, əməkdar artist Röya Ayxan YTK üzvləri ilə birgə Xətai rayonundakı 55 və 202 saylı orta məktəblərdə olub, şagirdlərlə UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 barədə danışıb, onlara avtoqraf verib.