Röya AÇ-nin təbliğat tədbirində
14 aprel 2016 19:30

Xəbər verdiyimiz kimi, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın təbliğatı məqsədilə turnirin Yerli Təşkilat Komitəsinin əməkdaşları Bakı şəhərində yerləşən məktəblərdə görüşlər keçirir. Azerisport.az xəbər verir ki, bu gün çempionatın səfiri, əməkdar artist Röya Ayxan YTK üzvləri ilə birgə Yasamal rayonundakı 21 və 173 saylı orta məktəblərdə olub, şagirdlərlə UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 barədə danışıb, onlara avtoqraf verib. (AFFA)