Liseydə təbliğat tədbiri
15 aprel 2016 20:20

Xəbər verdiyimiz kimi, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın təbliğatı məqsədilə turnirin Yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində yerləşən məktəblərdə görüşlər keçirir. Azerisport.az xəbər verir ki, bu gün U-17 yığmamızın üzvü Elçin Əsədov və U-21 qızlar yığmamızın futbolçusu Əminə Heydərova akademik Zərifə Əliyeva adına liseyin şagirdlərilə görüşüb, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 barədə məlumat veriblər. (AFFA)