Orxan Səfərovdan Avropa çempionatında gümüş medal
22 aprel 2016 00:40

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, Rio Olimpiadasına lisenziya xarakterli yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Azərbaycan milli komandası aktivinə 1 medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov Avropa çempionatının gümüş medalına sahib olub.