Orucov Kazanda qızıl medal qazandı
23 aprel 2016 00:35

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Rio Olimpiadasına lisenziya xarakterli yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, milli komandamız aktivinə daha bir 1 medal yazdırıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov Avropa çempionatnın qızıl medalını qazanıb.