Aqil Məmmədovla Ceyhun Sultanov Futbol və Sağlam Həyat barədə danışdı
26 aprel 2016 12:15

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Azerisport.az xəbər verir ki, layihə bu dəfə Sumqayıtın 36 və 31 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 4, 2, 7, 39, 21, 28, 24, 29 və 23 saylı orta məktəblərin şagirdləri də iştirak edib. Həmin tədbirdən hazırlanmış fotoreportajı təqdim edirik.