Tour d’Azerbaidjan-2016-nın qonaqlaı Velotrekdə
3 may 2016 14:15

Mayın 4-də start götürəcək “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçririlib. Azerisport.az xəbər verir ki, tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.
Mətbuat konfransı başlamazdan əvvəl xarici qonaqlar və jurnalistlər yenidən qurulmuş və genişləndirilmiş Respublika Velotreki ilə tanış olublar.