Neftçala kubok və qızıl medallarına qovuşdu
13 may 2016 23:40

Futbol üzrə Azərbaycan Birinci Divizionunun qalibi “Neftçala” klubuna qızıl medallar və kubok təqdim olunub. Azerisport.az xəbər verir ki, 26-cı turun “Neftçala” – “Energetik” (10:0) görüşündən sonra qalib komanda qızıl medallarına qovuşub.
Kuboku və qızıl medalları qalibə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Musayev “Neftçala”nı Birinci Divizionun qalibi olması münasibəti ilə təbrik edib, kluba öz arzularını bildirib.
Mükafatlandırma mərasimindən fotoları təqdim edirik. (PFL)