Qəbələyə çempionluq kuboku təqdim olundu
14 may 2016 18:30

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümünün qalibi olan “Qəbələ” klubuna çempionluq kuboku təqdim olunub. Azerisport.az xəbər verir ki, bu gün AZAL-a qarşı keçirilən görüşdən sonra şimal təmsilçisi qızıl medallarına və kubokuna qovuşub. Mükafatları Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim edib.
Mükafatlandırma mərasimindən fotoları təqdim edirik: