AFFA iki liqanın qaliblərini mükafatlandırdı

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin 1/2 final mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Hollandiya qarşılaşmasının fasiləsində AFFA-nın U-19 Liqasının və U-15 Liqasının 2015/2016-cı il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi təşkil olunub. Azerisport.az xəbər verir ki, mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, “Boulevard Hotel Baku”nun nümayəndəsi Musa Quliyev təqdim ediblər.
U-19 Liqasının qalibi “Qəbələ” komandası olub. “Zirə” ikinci, “Xəzər Lənkəran” isə üçüncü yeri tutub. U-15 Liqasında mövsümü birinci pillədə “Qəbələ” başa vurub. Sonrakı pillələrdə, müvafiq olaraq, “Xəzər Lənkəran” və “Neftçi” qərarlaşıb. (AFFA)