Neftçi U-14 Liqasının qalibi oldu
20 may 2016 18:00

"Bayıl Arena"da keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, mövsümün son oyununda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb. Qarşılaşma 5:1 hesabı ilə “Neftçi” komandasının xeyrinə başa çatıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə “Qəbələ” “İnter”i 1:0 hesabı ilə məğlub edib.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və assosiasiyanın texniki direktoru Bernhard Lippert təqdim edib.
“Kəpəz” komandasının üzvü Çingiz Məmmədov 45 qolla liqanın ən məhsuldar futbolçusu olub. Emil Quluzadə isə (“Bakı”) turnirin ən yaxşı oyunçusu seçilib.