Zirə ilk mükafatına qovuşdu
20 may 2016 22:00

Topaz Premyer Liqasında 2015/16 mövsümünü 2-ci yerdə bitirən “Zirə” komandasına gümüş medallar təqdim olunub. Azerisport.az xəbər verir ki, debüt ilində gümüş medallara sahib çıxan “Zirə” “Azersun Arena”da mükafatına qovuşub.
“Zirə” komandasına medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər. (PFL)