Qarabağa çempionluq kuboku və qızıl medallar təqdim olundu
20 may 2016 22:45

Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün qalibi olan “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunub. Azerisport.az xəbər verir ki, bu gün keçirilən təltifetmə mərasimi “Azersun Arena”da reallaşıb.
AZAL-a qarşı keçirilən oyundan sonra “Qarabağ”a mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.
Ardıcıl 3-cü çempionluğunu bayram edən “Qarabağ” cari mövsümdə keçirdiyi oyunlarda 84 xal toplamağa müvəffəq olub. (PFL)