Ağsuda FİFA Connect layihəsinin təqdimatı
2 iyun 2016 12:45

Xəbər verdiyimiz kimi, FİFA Connect layihəsinin təqdimatı məqsədilə bağlı 5 regionda (Sumqayıt, Lənkəran, Gəncə, Ağsu, Qəbələ) və Bakıda 2016/17-ci il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların məşqçiləri ilə görüşlər keçirilməyə başlayıb. Azerisport.az xəbər verir ki, görüşlərdə əsas məqsəd klub və qeydiyyat aparacaq region ofislərinin funksiyalarının təqdimatı, qeydiyyatın dəqiq vaxtının elan edilməsi, proyektor vasitəsi ilə yeni qeydiyyat bazasının nümayişidir.
Növbəti belə görüş Ağsu şəhər stadionunda (Mərkəz regionunu əhatə edir) keçirilib. (AFFA)