Qarabağ toplu çalışmalarla davam etdi
19 iyun 2016 12:00

“Qarabağ” Avstriyada hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında olan komanda hazırlığın ikinci günündə 2 məşqlə kifayətlənib.
Bakı vaxtı ilə saat 21:00-da başlayan ikinci məşq tamamilə toplu çalışmalara həsr olunub. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər.
Qeyd edək ki, bu günə “Qarabağ”ın daha bir məşqi nəzərdə tutulub.