Təzə bəy də Qarabağa qoşuldu
20 iyun 2016 10:30

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın üçüncü günündə komanda bir məşqlə kifayətlənib.
Yerli vaxtla axşam saat 17:30-da (Bakı vaxtı ilə 19:30) başlayan hazırlığın ilkin mərhələsi fitnes zalında baş tutub. Trenajorda çalışmalarının ardından futbolçular meydançaya yollanıb. Onlar yağışlı hava şəraitində təxminən bir saat topla məşq ediblər.
Bu arada bir neçə gün öncə ailə həyatı quran ispaniyalı futbolçu Dani Kintana da ötən gün komandaya qoşulub. Səhər saatlarında komandanın məskunlaşdığı otelə çatan və bir neçə saatlıq istirahətdən sonra ötən mövsümün bombardiri və ən çox qol ötürməsi ilə yadda qalan Kintana komandayla birlikdə axşam məşqində iştirak edib.