Qarabağ istirahətsiz davam edir
21 iyun 2016 19:00

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın beşinci günündə komandanın iki məşqi nəzərdə tutulub.
İlk məşq yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) start götürüb. Hazırlıqda futbolçular daha çox fiziki taktiki çalışmalara üstünlük verib.
Komandanın axşam məşqi isə yerli vaxtla saat 19:00-da baş tutacaq.
Səhər məşqindən hazırlanmış fotoreportajı təqdim edirik: