Yay Futbol Düşərgəsi başa çatdı

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsi başa çatıb. Azerisport.az xəbər verir ki, 3 qrupun son günündə iştirakçılar mükafatlandırılıb.
Qeyd edək ki, layihənin bu mərhələsində 1, 5, 9, 11, 15, 16, 21, 23, 38, Təvəkkür və İstedad liseyinin şagirdləri iştirak edib. Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin ayırdığı xüsusi hədiyyələr təqdim edilib.
Xatırladaq ki, 16 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilib. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.