Neftçinin Maltada ilk məşqi
29 iyun 2016 00:20

Avropa Liqasının birinci təsnifat mərhələsində "Baltsan” klubu qarşılaşmaq üçün ötən gün Maltaya yollanmış "Neftçi” bu ölkədə ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi Bakı vaxtı ilə saat 20:00-da başlanıb.
Qeyd edək ki, iyunun 30-da Paola şəhərindəki "Hibernian” stadionunda baş tutacaq "Baltsan” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.