U-19 qızlar Liqasının qalibləri mükafatlandırıldı
29 iyun 2016 10:45

Bayıl stadionunda AFFA-nın təşkil etdiyi U-19 qızlar Liqasının 2015/2016-cı il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, U-19 qızlar Liqasının qalibi “Təhsil” komandası olub.
2-ci yeri “Fidan”, üçüncü pilləni isə “Vətən” komandası tutub. Liqanın ən yaxşı futbolçusu Fəridə Məmmədova (“Vətən”) seçilib, bombardir isə “Fidan” komandasının üzvü Nigar Cəlilli olub.
Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.