Könüllülərə sertifikat təqdim olundu
29 iyun 2016 15:20

Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın final mərhələsinin oyunlarında fəaliyyət göstərmiş könüllülərə müvafiq sertifikatlar təqdim olunub. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara minnətdarlıq edib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.