Ramin Musayev PFL-in prezidenti seçildi
5 iyul 2016 15:00

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti seçki keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin və Premyer Liqa klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Ramin Musayev növbəti 4 il üçün yekdilliklə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Seçkidən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin iştirakı ilə mətbuat konfransı keçirilib.