İnter yoxlama matçında qalib gəldi
9 iyul 2016 00:35

Xəbər verdiyimiz kimi, növbəti mövsümə hazırlaşan "İnter" təlim-məşq toplanışı çərçivəsində AZAL-la yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşma 1:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb.
"Bankirlər"in yeganə qolu matçın 72-ci dəqiqəsində qeydə alınıb. "İnter"in qələbə qolunu yeni transferi Məmməd Quliyev vurub.