İnterin prezidenti Çalımbayla görüşdü
15 iyul 2016 01:40

Xəbər verdiyimiz kimi, "İnter" növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün paytaxt klubu toplanış çərçivəsində Türkiyənin Super Liqa təmsilçisi "Kasımpaşa" ilə qarşılaşdı. Oyun 2:1 hesabıyla "İnter"in xeyrinə başa çatdı.
Bu oyunu Türkiyəyə yollanan klub prezidenti Rəşad Qasımov da izləyib. Matçöncəsi klub prezidenti R.Qasımov və "Kasımpaşa"nın baş məşqçisi Rza Çalımbay xatirə olaraq bir-birilərinə komanda köynəyi hədiyyə ediblər.
Sizi sözügedən oyundan hazırlanmış fotoreportajla da tanış edirik: