Hakim-inspektorlar imtahan verdilər
15 iyul 2016 12:30

AFFA-nın inzibati binasında Premyer Liqanın 2016/2017-ci il mövsümünə hazırlıq məqsədilə Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib. Azerisport.az xəbər verir ki, komitənin sədri Əli Hüseynovun rəhbərliyi ilə keçirilən seminara 32 nəfər hakim-inspektor qatılıb.
Seminardan sonra iştirakçılar oyun qaydaları ilə bağlı imtahan verib.
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev seminarda iştirak edib.