Sumqayıt ilk oyununda belə uduzdu
16 iyul 2016 11:00

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, ilk rəqib Səudiyyə Ərəbistan təmsilçisi "Al Khaleej" klubu olub.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş ərəblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada sumqayıtlıların yeganə qolunu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.
"Sumqayıt" növbəti yoxlama matçını iyulun 18-də keçirəcək.