Sumqayıtın Boludakı 5-ci günü
17 iyul 2016 00:15

Xəbər verdiyimiz kimi, 2 həftəlik Boluya təlim-məşq toplanışına yollanan "Sumqayıt" Türkiyədəki hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda ötən gün 1 məşqlə kifayətlənib.
Yerli vaxtla saat 18:00-da start götürən hazırlıq prosesində baş məşqçi Samir Abasov taktiki çalışmalara üstünlük verib. Bir gün öncə "Al Khaleej" klubu ilə yoxlama matçında zədələnən Mikayıl Rəhimov məşqdə iştirak etməyib.
"Sumqayıt" bu gün 2 məşq əsnasında günü tamamlayacaq. Komanda saat 10:30 və 18:00-da meydana çıxacaq.