Qarabağ Lüksemburqda son məşqə çıxdı
20 iyul 2016 10:00

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi "Düdelanj"ın qonağı olacaq "Qarabağ" ötən gün oyun öncəsi son məşqinə çıxıb.
Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin son məşqi yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürüb. Son hazırlıqlar matçın keçiriləcəyi "Jos Nosbaum" stadionunda baş tutub.
Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" matçı sabah saat 20:00-da başlayacaq.