Zirə Boluda hazırlığa start verdi
21 iyul 2016 19:00

Təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşən “Zirə” ilk məşqini dünən edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Adil Şükürov yorucu yolçuluğun ardından bərpa məşqinə üstünlük verib.
Bu gün də “qartallar” bir dəfə meydana çıxıb. Səhər məşqi müxtəlif hazırlıq hərəkətləri ilə yanaşı, maraqlı yarışma ilə də diqqət çəkdi. Futbolçular 7 nəfərdən ibarət üç komandaya ayrılıblar və dairəvi sistemlə mini-turnir keçirilib. Nəticədə, Abdulla Seyidəhmədov, Cəmil Hacıyev, Yamin Ağakərimzadə, İlkin Muradov, Elgün Nəbiyev, Tural Cəlilov və Vüsal İskəndərlidən ibarət “göylər” 7 xalla qalib olublar.