Zirənin Türkiyə toplanışı davam edir
26 iyul 2016 20:00

“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda dünən yoxlama oyunu keçirdiyindən, bu gün bir məşqlə kifayətlənib.
“Qartallar” oyundan sonra bərpa prosesi keçiblər. Qarşılaşmada forma geyinməyənlər isə əsasən, topla çalışıblar.
Zirəlilər sabah iki dəfə məşq edəcəklər.