Qəbələ Lillə duelə hazırdır
4 avqust 2016 00:30

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində doğma meydanda Fransanın "Lill" klubu ilə cavab matçına çıxacaq "Qəbələ" bu oyun öncəsi son məşqini edib. Azerisport.az sizi matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda baş tutan məşqdən hazırlanmış fotoreportajla tanış edir.
Qeyd edək ki, bu komandalar arasında Fransada keçirilmiş ilk oyun 1:1 hesabıyla bitib.