Sumqayıt növbəti tur üçün hazırlığını davam etdirir
16 avqust 2016 19:00

Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 3 günlük istirahətin ardından məşqlərə start verib. Azerisport.az xəbər verir ki, komanda bu günü iki məşqlə başa vurub.
"Sumqayıt Arena"da baş tutan hazırlıq prosesində komanda həm fiziki, həm də taktiki çalışmalar üzərində çalışıb. İlk iki turda zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçi Bəxtiyar Həsənalızadə artıq tam gücü ilə məşqlərə başlayıb. Məhəmməd Qurbanov və Mikayıl Rəhimov isə zədə səbəbindən məşqlərdə iştirak etməyib.