Hakimlər üçün seminar
3 sentyabr 2016 18:00

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynovun rəhbərliyi ilə Gəncə və Mingəçevir şəhərlərində hər iki bölgəyə daxil olan rayonları təmsil edən hakimlər üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, məşğələlərdə “Oyun Qaydaları”na edilən son dəyişikliklər barədə ətraflı məlumat veilib, FIFA və UEFA-nın yeni tövsiyələri diqqətə çatdırılıb, diskussiyalar təşkil olunub, videogörüntülərin müşayiəti ilə maraqlı epizodlar təhlil edilib.