Yığmamız ilk oyunundan məğlub ayrıldı
15 sentyabr 2016 23:20

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunda Ukrayna komandası ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Kristina Bakarandze fərqlənib.