Neftçi məşqlərə start verdi
5 oktyabr 2016 14:20

"Neftçi”nin əsas komandasının iki günlük istirahəti başa çatıb. Azerisport.az xəbər verir ki, hazırlıq planına əsasən, bu gün iki məşq nəzərdə tutulub.
Komandanın səhər məşqi klubun təlim-məşq bazasında baş tutub. Milli komandalarımıza dəvət almış futbolçular – Araz Abdullayev, Rəhman Hacıyev (əsas milli komanda), Rahil Məmmədov, Fəhmin Muradbəyli (U-21 yığması), Anton Krivotsyuk, Ömər Buludov (U-19 yığması) və Makedoniya yığmasına çağırılmış Vançe Şıkov hazırlıq prosesində iştirak etməyiblər.