Neftçi Zirə ilə oyuna hazırlığı davam etdirir
13 oktyabr 2016 21:30

“Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda millinin düşərgəsindən qayıtmış baş məşqçi Elxan Abdullayevin rəhbərliyi altında İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.
Xatırladaq ki, oktyabrın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq.