UEFA Bakıda qapıçı məşqçiləri üçün kurs təşkil etdi
18 oktyabr 2016 12:00

Azərbaycanda ilk dəfə qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A lisenziya kursu təşkil olunub. Azerisport.az xəbər verir ki, məşğələlər UEFA nümayəndəsi Mart Pum və təlimatçılar Faiq Əzizov, Cahangir Həsənzadə, Ramiz Kərimovun rəhbərliyi ilə keçirilir.