Yunan-Roma güləşçilərimiz Qızıl Qran Pri turnirinə hazırlaşır
21 noyabr 2016 13:00

Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Azerisport.az xəbər verir ki, yarışa səylə hazırlaşan yunan-Roma güləşi üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub. Məlumat üçün bildirək ki, Qırğızıstanın yunan-Roma güləşi üzrə yığma komandası da güləşçilərimizlə birgə hazırlıqları davam etdirir.
Məşqdən fotoreportajı təqdim edirik.