Atletlərimiz Kanadaya yollanır
15 iyul 2010 14:01
Azərbaycan atletləri Kanadaya Monkton şəhərində gənclər arasında Dünya çempionatında iştirak etmək üçün yollanıllar. Yarış iyulun 16-sı başlayacaq, bunu azerisport.az-a Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidməti bildirdi.
Azərbaycan bu yarışda iki atletlə təmsil olunacaq: Murad İbadullayev 1500 m, 3000 m məsafədə və Layeş Abdullayeva üç təkanla tullanmada öz qüvvələrini sınayacaqlar.
Məşqçilər Nazim İsrafilov və Metin Sezak idmançıları bu yarışda müşayət edəcəklər.
Yarışlar 26 iyul tarixinədək davam edəcək.